Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib

Xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib

Tovuz Gömrük İdarəsində xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib.

Görüşdə Dövlət Gömrük Komitəsinin “Gömrük-biznes əməkdaşlığının İnkişafı Konsepsiyası”na dair təqdimat nümayiş etdirilib, Konsepsiyadan irəli gələn istiqamətlər, prinsiplər və əsas hədəflərə dair məlumatlar diqqətə çatdırılıb.  

Həmçinin gömrük sistemində tətbiq edilən yeniliklər, gömrük-biznes əməkdaşlığının gücləndirilməsi, sahibkar və vətəndaş məmnunluğunun artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib.

Sonda sahibkarların rəy və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

29 May 2025 17:35
195