Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

“Zəka” - gömrük əməkdaşlarının karyera yüksəliş müsabiqəsinin qalibləri üçün təlim keçirilib

“Zəka” - gömrük əməkdaşlarının karyera yüksəliş müsabiqəsinin qalibləri üçün təlim keçirilib

Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “Zəka” - gömrük əməkdaşlarının karyera yüksəliş müsabiqəsinin qalibləri üçün gömrük qanunvericiliyi, “Münaqişələrin idarəedilməsi və emosional zəka”, “Təqdimat bacarıqları”, “Xidmətlərin idarəedilməsi” mövzularında təlimlər keçirilib.

Eyni zamanda Bakı Baş Gömrük və Mərkəzi Gömrük Ekspertizası idarələrinin fəaliyyəti ilə yaxından tanış olmaq məqsədilə qaliblərin bu gömrük orqanlarına infoturu təşkil olunub.

Təlimlər bitdikdən sonra qaliblər Dövlət Gömrük Komitəsinin Aparat rəhbərinin müavini Kənan Əsədovla görüşüblər.  

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

3 İyun 2025 12:34
195