Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Milli Qurtuluş Günü münasibətilə tədbirlər keçirilib

Milli Qurtuluş Günü münasibətilə tədbirlər keçirilib

15 İyun - Milli Qurtuluş Günü münasibətilə gömrük orqanlarında tədbirlər keçirilib.

Bakı Baş Gömrük İdarəsinin əməkdaşları Milli Qurtuluş Günü münasibətilə Dövlət Bayrağı Meydanı və Dövlət Bayrağı muzeyində olublar. Tədbirdə vurğulanıb ki, Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan 1993-cü il 15 iyun günündə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev xilaskarlıq missiyasını yerinə yetirərək müstəqilliyimizin itirilməsinin, ölkəmizin parçalanmasının, vətəndaş qarşıdurmasının qarşısını aldı.

Astara, Tovuz gömrük idarələrində keçirilən tədbirlərdə  15-iyun Milli Qurtuluş Gününün xalqımızın və dövlətçiliyimizin tarixindəki əhəmiyyətindən bəhs olunub,  ömrünün hər anını vətəninin xoşbəxt gələcəyinə həsr edən  Dahi Rəhbərin həyata keçirdiyi uzaqgörən, düşünülmüş siyasət nəticəsində Azərbaycanda qısa zamanda sabitliyin bərpa edildiyi,  sosial-iqtisadi tərəqqiyə nail olunduğu diqqətə çatdırılıb.

Ümummilli Liderin ideyalarının daim xalqımız tərəfindən yaşadılacağı, onun  xatirəsinin hər zaman əziz tutulacağı vurğulanıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

14 İyun 2025 12:08
195