“Zərərli maddələr və tullantılar” mövzusunda maarifləndirici tədbir keçirilib
“Zərərli maddələr və tullantılar” mövzusunda maarifləndirici tədbir keçirilib
Dövlət Gömrük Komitəsində “Zərərli maddələr və tullantılar” mövzusunda maarifləndirici tədbir keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin əməkdaşlarının, sahibkarların iştirak etdiyi tədbirdə zərərli tullantılar və ozondağıdıcı maddələr, bu sahəni tənzimləyən milli və beynəlxlaq qanunvericilik, idxal-ixrac əməliyyatları prosesindəki yeniliklər, həmçinin Dövlət Gömrük Komitəsinin “2025-2030-cu illər üçün İnkişaf Strategiyası”nda ətraf mühitin qorunması ilə bağlı nəzərdə tutulan məsələlər barədə məlumat verilib.
Ozondağıdıcı maddələrin və təhlükəli tullantıların ətraf mühitə, insan sağlamlığına və biomüxtəlifliyə ciddi təhdid yaradan kimyəvi və ya fiziki təsirə malik materiallar olduğu, onların sərhədlərarası daşınmasının xüsusilə risk təşkil etdiyi vurğulanıb.
Görüşdə Mərkəzi Gömrük Ekspertizası İdarəsinin əməkdaşı tərəfindən “Təhlükəli tullantılar və ozondağıdıcı maddələr” mövzusunda təqdimat nümayiş etdirilib və fikir mübadiləsi aparılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi