Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

ÜGT ekspertlərinin iştirakı ilə seminar keçirilir

ÜGT ekspertlərinin iştirakı ilə seminar keçirilir

Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “Azərbaycan Respublikası gömrük orqanları üçün Dürüstlük Strategiyasının və Fəaliyyət Planının hazırlanması və gücləndirilməsi” üzrə seminar keçirilir.

Üç gün davam edəcək seminarda Ümumdünya Gömrük Təşkilatının ekspertləri Mercedes Cano və Takayuki Fukuşima tərəfindən “Gömrük işi sahəsində dürüstlük: əsas anlayışlar və bu sahədə aparıcı təşkilat qismində ÜGT-nin rolu”, “Yenilənmiş Aruşa bəyannaməsi və onun komponentləri”, “Maraqlı tərəflərlə dialoqun hazırlanması: əsas mesajlar və nəticə, prioritetlərin sintezi: institusional yol xəritəsinin layihəsi” və digər mövzularda məlumatlar veriləcək.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

18 İyun 2025 15:29
195