Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

İlk yardımın göstərilməsi bacarıqlarının öyrədilməsi məqsədi ilə təlim keçirilib

İlk yardımın göstərilməsi bacarıqlarının öyrədilməsi məqsədi ilə təlim keçirilib

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Sanitar-Karantin Xidməti tərəfindən Naxçıvan Baş Gömrük İdarəsində və tabeliyində olan gömrük-sərhəd keçid məntəqələrində həkiməqədər ilk yardımın göstərilməsi bacarıqlarının öyrədilməsi məqsədi ilə gömrük əməkdaşlarına “Təməl həyata dəstək” təlimi keçirilib.

2 gün davam edən təlimlərdə 96 gömrük əməkdaşı iştirak edib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

19 İyun 2025 16:14
195