Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib

Xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib

Biləsuvar Gömrük İdarəsində xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib.

Tədbirdə gömrük sistemində həyata keçirilən yeniliklərlə bağlı biznes subyektlərinə məlumat verilib, idxal-ixrac əməliyyatları zamanı qarşıya çıxan məsələlər və onların operativ qaydada həlli ilə bağlı fikir mübadiləsi aparılıb, təklif və rəylər dinlənilib.

Görüşdə xarici ticarət iştirakçılarına “Zərərli maddələr və tullantıların qanunsuz ticarəti” mövzusunda maarifləndirici təqdimat nümayiş edilib, həmçinin bu kimi fəaliyyətlərin biznes subyektləri üçün ciddi maliyyə və reputasiya riskləri yaratdığı, eyni zamanda ətraf mühit və ictimai sağlamlıq üçün təhlükə mənbəyi olduğu vurğulanıb.

Sonda biznes subyektlərini maraqlandıran suallar ətraflı cavablandırılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

19 İyun 2025 17:43
195