Xarici ticarət iştirakçıları ilə görüş keçirilib
Xarici ticarət iştirakçıları ilə görüş keçirilib
Şərqi Zəngəzur Gömrük İdarəsinin təşəbbüsü ilə Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında xarici ticarət iştirakçıları ilə görüş keçirilib.
Tədbirdə Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Güloğlan Muradlı, Azərbaycan Respublikası Prezidentinin Şərqi Zəngəzur iqtisadi rayonu üzrə nümayəndəliyinin əməkdaşı Nicat Kərimli, ”Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının inzibatçı rəhbəri Malik Hacıyev və digər səlahiyyətli şəxslər çıxış ediblər.
Görüşdə gömrük sistemində həyata keçirilən təkmilləşdirilmələr, rəsmiləşdirmə prosesinin sürətləndirilməsi və rəqəmsallaşdırılması istiqamətində tətbiq edilən layihələr, həmçinin Dövlət Gömrük Komitəsinin “Gömrük-biznes əməkdaşlığının İnkişafı Konsepsiyası”na dair məlumat verilib.
Yekunda sahibkarların rəy və təklifləri dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi