Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

DGK Tibbi Xidmət İdarəsinin əməkdaşı beynəlxalq ekspert kimi qiymətləndirilmə missiyası qrupunda təmsil olunub

DGK Tibbi Xidmət İdarəsinin əməkdaşı beynəlxalq ekspert kimi qiymətləndirilmə missiyası qrupunda təmsil olunub

Tacikistanın paytaxtı Düşənbə şəhərində  Beynəlxalq Tibbi Sanitariya Qaydaları (IHR, 2005) çərçivəsində Birgə Xarici Qiymətləndirilmə (JEE) missiyası həyata keçirilib.

Tədbir Tacikistanın ictimai sağlamlıq təhlükələrinin qarşısını almaq, aşkar etmək və onlara operativ reaksiya vermək imkanlarının  qiymətləndirilməsi məqsədilə təşkil olunub.

Qiymətləndirilmə missiyası Azərbaycan da daxil olmaqla İsveç, İngiltərə, İtaliya, Fransa, Almaniya, Portuqaliya, Çin və digər ölkələri təmsil edən dövlət qurumlarının və nüfuzlu beynəlxalq təşkilatların 15 aparıcı texniki ekspert qrupu tərəfindən aparılıb.

Tədbirdə “Sərhəd buraxılış məntəqələri və sərhəd sağlamlığı” üzrə ekspert qrupuna     Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım texniki rəhbərlik edib.

Tədbir çərçivəsində sərhəddə həyata keçirilən sanitariya və baytarlıq nəzarəti, tibbi xidmətin təşkili, fövqəladə hallara hazırlıq, beynəlxalq səyahətlərlə əlaqədar tədbirlərə risk əsaslı yanaşma və digər mühüm sahələr üzrə baxış keçirilib və yekun hesabat hazırlanıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

23 İyul 2025 10:55
195