Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrük əməkdaşları üçün “Təməl həyata dəstək” mövzusunda təlim keçirilib

Gömrük əməkdaşları üçün “Təməl həyata dəstək” mövzusunda təlim keçirilib

Mərkəzi Gömrük Hospitalında Dövlət Gömrük Komitəsinin Baş Gömrük Mühafizə Xidmətinin əməkdaşları üçün “Təməl həyata dəstək” təlimi keçirilib.

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi tərəfindən təşkil olunan təlim gömrük əməkdaşlarının fövqəladə hallar üçün çevik və effektiv müdaxilə bacarıqlarının, tibbi savadlılığının artırılması məqsədilə keçirilib.

Mərkəzi Gömrük Hospitalının və Dövlət Gömrük Komitəsinin Sanitar Karantin Xidmətinin mütəxəssisləri tərəfindən iştirakçılara ürək-ağciyər reanimasiyası, hava yolu keçiriciliyinin təmin olunması, süni tənəffüs və avtomatik xarici defibrilyator (AED) cihazından istifadə qaydaları barədə məlumat verilib, həyati vacib müdaxilə üsulları ilə bağlı praktiki məşğələlər keçirilib.

Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

6 Avqust 2025 10:56
195