Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrük-biznes dialoqu çərçivəsində növbəti görüş təşkil olunub

Gömrük-biznes dialoqu çərçivəsində növbəti görüş təşkil olunub

Sumqayıt Gömrük İdarəsinin təşəbbüsü ilə Sumqayıt Texnologiyalar Parkının tərkibində fəaliyyət göstərən “STP Global Cable” Məhdud Məsuliyyətli Cəmiyyətində görüş keçirilib.

Görüşdə gömrük sistemində həyata keçirilən təkmilləşdirilmələr, rəsmiləşdirmə prosesinin sürətləndirilməsi və rəqəmsallaşdırılması istiqamətində tətbiq edilən layihələrdən bəhs edilib.

Həmçinin gömrük-biznes dialoqu çərçivəsində sahibkarlıq subyektlərinə biznes fəaliyyətlərinin planlaşdırılmasında dəstək göstərilməsi - idxal-ixrac əməliyyatları zamanı tələb olunan sənədlər barədə xarici ticarət iştirakçılarının məlumatlandırılması, gömrük nəzarətinin operativliyinin təmin olunması məqsədilə Dövlət Gömrük Komitəsi tərəfindən hazırlanan alətlər barədə məlumat verilib.

Eyni zamanda gömrük əməkdaşları müəssisənin fəaliyyəti və istehsal prosesi ilə yaxından tanış olublar.

Sonda təklif və rəylər dinlənilib, suallar ətraflı cavablandırılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

7 Avqust 2025 11:50
195