Xəbərlər
Rəylər
Onlayn təqdimatlar
Büdcə daxilolmaları
Layihələr
Valyuta məzənnələri
Terminlər lüğəti
Hüquq-mühafizə fəaliyyəti
Beynəlxalq əməkdaşlıq
Tez-tez verilən suallar
Gömrük hərracı
Gömrüyün idman həyatı
Sosial layihələr
Xarici ticarət iştirakçıları ilə görüş keçirilib
Xarici ticarət iştirakçıları ilə görüş keçirilib
Balakən Gömrük İdarəsinin təşəbbüsü ilə Zaqatala rayon Heydər Əliyev Mərkəzində xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib.
Tədbirdə biznes subyektləri ilə yanaşı, “Kapital Bank” ASC və “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin nümayəndələri də iştirak edib.
Görüşdə gömrük sistemində aparılan islahatlar, təkmilləşmələr, rəqəmsallaşmanın genişləndirilməsi və xidmət səviyyəsinin yüksəldilməsi ilə bağlı həyata keçirilən layihələrdən bəhs edilib. Həmçinin ixrac edilən malların müqabilində vəsaitlərin ölkəyə qaytarılması, bu sahədə mövcud qanunvericiliyin tələbləri barədə məlumat verilib.
Daha sonra biznes nümayəndələrinin rəy və təklifləri dinlənilib, sualları cavablandırılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi
8 Avqust 2025 10:01