Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrük-biznes əməkdaşlığı çərçivəsində növbəti görüşlər keçirilib

Gömrük-biznes əməkdaşlığı çərçivəsində növbəti görüşlər keçirilib

Gömrük-biznes əməkdaşlığı çərçivəsində Gəncə və Astara gömrük idarələrinin təşkilatçılığı ilə görüşlər keçirilib.  

Gəncə Gömrük İdarəsinin “Yevlax” gömrük postunda keçirilən görüşdə xarici ticarət iştirakçıları ilə yanaşı, gömrük təmsilçiləri də iştirak ediblər.

Görüşdə "Gömrük orqanlarında hüquqpozmaların profilaktikası üzrə fəaliyyətin təşkili”, “Müvəqqəti idxal xüsusi gömrük prosedurunun tətbiqi” mövzularında ətraflı məlumat verilib, idxal-ixrac əməliyyatları zamanı qarşıya çıxan məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Astara Gömrük İdarəsində keçirilən görüşdə isə “Hüquqpozmaların profilaktikasına dair metodiki tövsiyə” barədə təqdimat nümayiş etdirilib, həmçinin gömrük inzibatçılığında aparılan təkmilləşdirilmələr, məmnunluğun artırılması, gömrük-biznes əməkdaşlığının gücləndirilməsi məqsədilə görülən işlər barədə məlumat verilib.

Diskussiya şəraitində keçirilən görüşlərdə biznes nümayəndələrinin rəy və təklifləri dinlənilib, onların sualları ətraflı cavablandırılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

22 Avqust 2025 09:52
195