Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrük əməkdaşları üçün təlimlər keçirilib

Gömrük əməkdaşları üçün təlimlər keçirilib

Tovuz Gömrük İdarəsində və “Şirvan” gömrük postunda Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən gömrük əməkdaşları üçün təlimlər keçirilib.

Tovuz Gömrük İdarəsində keçirilən “Yanğın təhlükəsizlik qaydaları”na dair təlimdə gömrük əməkdaşlarına yanğın zamanı həyata keçirilməli olan tədbirlər, yanğının qarşısının alınması, fəsadlarının aradan qaldırılması barədə məlumat verilib.

Həmçinin yanğınsöndürən balonlardan istifadə qaydaları, onların istifadəyə yararlı vəziyyətdə saxlanılması və yanğının söndürülməsinə dair praktiki təlimlər keçirilib.

“Şirvan” gömrük postunda isə Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin əməkdaşları tərəfindən “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə gömrük əməkdaşları yanğın təhlükəsizliyi, təbii fəlakətlərdən qorunma üsulları və digər mövzularda məlumatlandırılıblar.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

25 Avqust 2025 17:05
195