Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) nümayəndələri ilə görüş keçirilib

Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) nümayəndələri ilə görüş keçirilib

Sentyabrın 2-də Dövlət Gömrük Komitəsində Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) nümayəndələri ilə görüş keçirilib.

Görüşdə gömrük-biznes əməkdaşlığının inkişafına yönələn bu kimi tədbirlərin əhəmiyyətindən, gömrük sistemində biznes yönümlü layihələrin rəqəmsallaşması, gömrük prosedurlarının sadələşdirilməsi, ticarətin səmərəliliyinin artırılması istiqamətində atılan addımlardan bəhs edilib, biznes nümayəndələrinin xarici ticarət əməliyyatları zamanı qarşılaşdıqları məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, onların təklif və rəyləri dinlənilib, sualları ətraflı cavablandırılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

2 Sentyabr 2025 16:23
195