Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Azərbaycan və Braziliya gömrük xidmətləri arasında onlayn görüş keçirilib

Azərbaycan və Braziliya gömrük xidmətləri arasında onlayn görüş keçirilib

Sentyabrın 3-də Azərbaycan və Braziliya gömrük xidmətləri arasında onlayn formatda görüş keçirilib.

Görüşdə hər iki ölkənin gömrük qurumlarının rəsmiləri iştirak ediblər.

Tədbirin keçirilməsində əsas məqsəd COP30 konfransı çərçivəsində Braziliya tərəfinin ötən il bu mötəbər tədbirə ev sahibliyi edən Azərbaycanın təcrübəsini öyrənməsi olub.

Görüş zamanı COP29 çərçivəsində reallaşan “Yaşıl gömrük - aparıcı gömrük rəsmilərinin dialoqu” mövzusunda beynəlxalq tədbirlə bağlı Azərbaycan gömrük xidmətinin fəaliyyətini əks etdirən təqdimat diqqətə çatdırılıb, bu istiqamətdə əldə edilən qabaqcıl təcrübə bölüşülüb.

Eyni zamanda, iki ölkənin gömrük orqanları arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

3 Sentyabr 2025 19:02
195