Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Koreya Respublikasının səfiri ilə görüş keçirilib

Koreya Respublikasının səfiri ilə görüş keçirilib

Sentyabrın 5-də Dövlət Gömrük Komitəsində Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kımqu Kanq ilə görüş keçirilib.

Görüş zamanı Azərbaycan və Koreya gömrük xidmətləri arasında mövcud işgüzar əlaqələr və əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Tərəflər arasında gömrük qiymətləndirilməsi, informasiya texnologiyaların tətbiqi və digər sahələrdə qarşılıqlı təcrübə mübadiləsi ilə bağlı fikir mübadiləsi aparılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

5 Sentyabr 2025 14:20
195