Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Dövlət Gömrük Komitəsinin sədri qırğız həmkarı ilə görüşüb

Dövlət Gömrük Komitəsinin sədri qırğız həmkarı ilə görüşüb

Qazaxıstanın Türküstan şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Gömrük İdarələri Rəhbərlərinin XI iclası çərçivəsində Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov Qırğız Respublikasının Nazirlər Kabineti yanında Dövlət Gömrük Xidmətinin sədri Almaz Saliev ilə görüşüb.

Görüşdə iki ölkənin mehriban dostluq və qardaşlıq münasibətlərindən məmnunluqla bəhs edilib, gömrük xidmətləri arasında  mal və nəqliyyat vasitələri üzrə ilkin məlumat mübadiləsinin həyata keçirilməsini nəzərdə tutan sazişin hazırlanması,  gələcək inkişaf istiqamətləri  barədə müzakirələr aparılıb, qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyi vurğulanıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

8 Sentyabr 2025 20:52
195