Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Dövlət Gömrük Komitəsinin komandası intellektual bilik yarışında qalib olub

Dövlət Gömrük Komitəsinin komandası intellektual bilik yarışında qalib olub

Dövlət Gömrük Komitəsinin komandası “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda dövlət qurumlarının əməkdaşları arasında keçirilən intellektual bilik yarışının qalibi olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə keçirilən yarışda 26 komanda iştirak edib.

Tədbirdə bu istiqamətdə təşkil edilən yarışların dövlət qurumlarında çalışan əməkdaşların dünyagörüşünün artırılmasına, intellektual səviyyəsinin və analitik düşüncə bacarıqlarının inkişafına mühüm töhfə verdiyi vurğulanıb.

Yekunda qaliblər mükafatlandırılıb. İlk üç yeri tutan komandaya sertifikat, medal və hədiyyələr təqdim olunub. Dövlət Gömrük Komitəsinin əməkdaşları ən yüksək nəticəni əldə edərək yarışın xüsusi kubokunu  qazanıblar.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

22 Sentyabr 2025 17:13
195