“Konstitusiya və Suverenlik İli” münasibətilə növbəti tədbir keçirilib
“Konstitusiya və Suverenlik İli” münasibətilə növbəti tədbir keçirilib
Naxçıvan Baş Gömrük İdarəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə tədbir keçirilib.
Öncə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Naxçıvan Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Vüqar Əliyev, eləcə də Naxçıvan Ali Məclisinin deputatları Emin Şıxəliyev və Əziz Qasımov torpaqlarımızın işğaldan azad edilməsi və bununla da Konstitusiyada qeyd olunan suverenliyin bütün ərazilərimiz üzərində bərpasının tarixi əhəmiyyətindən danışıblar.
Qeyd olunub ki, suverenlik və ərazi bütövlüyü Azərbaycan xalqının ən ülvi haqqıdır və bu gün müstəqil Azərbaycan dövləti dünya birliyində öz layiqli yerini tutub, qabaqcıl ölkələrdən birinə çevrilib.
Sonda “Konstitusiya və Suverenlik İli”nə həsr edilən videoçarx nümayiş etdirilib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi