Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrük ödənişlərindən yayınmaq üçün mobil telefonları sərnişinlərə paylayaraq keçirməyə cəhd göstərdi

Gömrük ödənişlərindən yayınmaq üçün mobil telefonları sərnişinlərə paylayaraq keçirməyə cəhd göstərdi

Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat tədbirləri nəticəsində ölkə ərazisinə gömrük nəzarətindən və gömrük ödənişlərindən yayındırılmaqla paylama üsulu ilə gətirilməyə cəhd göstərilən xeyli miqdarda mallar aşkar edilib.

Ciddə-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı digər sərnişinlərə payladığı 5 ədəd "İphone17", 4 ədəd "İphone16", 15 ədəd "apple" markalı qələm, 8 ədəd "apple" markalı qulaqcıq və 5 ədəd ətiri onlardan qəbul edərkən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Dövlət Gömrük Komitəsi bir daha xaricə səyahət edən vətəndaşlara bildirir ki, xarici ölkələrdə tanımadıqları şəxslərdən götürdükləri əşyalar gömrük sərhədindən keçirilən zaman hüquqi məsuliyyət yarada bilər.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

25 Sentyabr 2025 10:41
195