Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Xankəndi şəhərində biznes nümayəndələri ilə görüş keçirilib

Xankəndi şəhərində biznes nümayəndələri ilə görüş keçirilib

Şərqi Zəngəzur Gömrük İdarəsinin təşəbbüsü ilə Xankəndi şəhərində “Business Tex JV” MMC-də biznes nümayəndələri ilə görüş keçirilib.

Görüşdə işğaldan azad edilən ərazilərdə fəaliyyət göstərən biznes subyektlərinə verilən dövlət dəstəyi, o cümlədən gömrük güzəştləri barədə məlumat verilib. Həmçinin gömrük sistemində tətbiq edilən yeniliklər, gömrük-biznes əməkdaşlığının gücləndirilməsi, sahibkar və vətəndaş məmnunluğunun artırılması istiqamətində həyata keçirilən layihələrdən bəhs edilib.

Sonda biznes subyektlərinin təklif və rəyləri dinlənilib, onların sualları cavablandırılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

25 Sentyabr 2025 14:57
195