MDB iştirakçısı olan dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının iclası keçirilib
MDB iştirakçısı olan dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının iclası keçirilib
Sentyabrın 26-da Tacikistan Respublikasının Düşənbə şəhərində MDB iştirakçısı olan dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 81-ci iclası keçirilib.
Tədbirdə ölkəmizi Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
İclasda Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 80-ci iclasında qəbul edilmiş qərarların icra vəziyyəti və Şuranın ekspertlərinin işinin yekunları ilə bağlı məlumat verilib.
Tədbirdə hibrid elektrik avadanlığı növü timsalında daxili yanma və elektrik mühərriki ilə təchiz edilmiş minik avtomobillərinin eyniləşdirilməsi zamanı yaranan çətinliklər, həmçinin elektriklə işləyən nəqliyyat vasitələrinin yükləyici qurğuları ilə bağlı gömrük əməliyyatlarının həyata keçirilməsi, beynəlxalq yükdaşımalar üçün istifadə olunan müvəqqəti idxal edilmiş konteynerlər üzərində gömrük nəzarətinin təşkili ilə bağlı müzakirələr aparılıb.
Həmçinin Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının Hüquq Mühafizə Bölmələri Başçıları Komitəsinin Əsasnaməsi yeni redaksiyada təsdiq edilib və Şuranın 2026-cı il üzrə İş planının təsdiq edilməsinə dair qərar qəbul olunub.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi