Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

“Anım Günü” ilə əlaqədar tədbirlər keçirilib

“Anım Günü” ilə əlaqədar tədbirlər keçirilib

“Anım Günü” ilə əlaqədar Dövlət Gömrük Komitəsinin ərazi və ixtisaslaşmış gömrük orqanlarında, tabeli qurumlarında tədbirlər keçirilib.

Torpaqlarımızın müdafiəsi zamanı canından keçən qəhrəman şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsiylə başlanan tədbirlərdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun tarixi zəfərlə bitən qəhrəmanlıq salnaməsindən ətraflı bəhs edilib.

Bildirilib ki, 27 sentyabr tarixindən başlayaraq şanlı Azərbaycan Ordusu dünyaya əsl qəhrəmanlıq nümunəsi göstərərək 44 gün ərzində 30 illik işğala son qoydu.

Qeyd olunub ki, 2023-cü ilin sentyabr ayında həyata keçirilən antiterror əməliyyatları nəticəsində ərazi bütövlüyünü, suverenliyini tam təmin edən Azərbaycan tarixi ədaləti bərpa etdi.

Tədbirlər çərçivəsində “27 sentyabr - Anım Günü”nə həsr olunan videoçarxlar nümayiş etdirilib, şəhid ailələri ziyarət olunub.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

26 Sentyabr 2025 18:59
195