Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi tərəfindən 27 sentyabr - Anım günü”nə həsr edilmiş tibbi-sosial aksiya keçirilib

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi tərəfindən 27 sentyabr - Anım günü”nə həsr edilmiş tibbi-sosial aksiya keçirilib

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda şəhid və qazi ailələrinin üzvləri, yerli sakinlər üçün “27 sentyabr - Anım günü”nə həsr edilmiş tibbi-sosial aksiya keçirilib.

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti genera-mayoru Ceyhun Məmmədov, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud bildiriblər ki, şəhid ailələri və qazilərin sağlamlığına xüsusi diqqət göstərilməsi, onların hərtərəfli qayğı ilə əhatə olunması dövlətimizin əsas prioritetlərindədir. Qeyd olunub ki, tibbi-sosial aksiyanın əsas məqsədi əhaliyə yüksək ixtisaslı tibbi xidmət göstərmək, sağlam həyat tərzinin təbliği və vətəndaşların profilaktik müayinələrdən keçirilməsini təmin edilməsidir.

Gömrük Hospitalının müxtəlif ixtisaslı həkimləri tərəfindən “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu ərazisində yaşayan şəhid və qazi ailələrinin üzvləri, eləcə də yerli sakinlərə kardioloji, uroloji, endokrinoloji, radioloji, nevroloji, oftalmoloji, ginekoloji, terapevtik, pediatrik və cərrahi xidmətlər göstərilib. Səhhətində problem aşkarlanan sakinlər USM, EKQ, EXO, rentgen və digər tibbi avadanlıqlar vasitəsilə müayinə edilib, xəstəliklərlə bağlı məsləhətlər verilib və müvafiq müalicələr təyin olunub.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

27 Sentyabr 2025 12:58
195