Xəbərlər
Rəylər
Onlayn təqdimatlar
Büdcə daxilolmaları
Layihələr
Valyuta məzənnələri
Terminlər lüğəti
Hüquq-mühafizə fəaliyyəti
Beynəlxalq əməkdaşlıq
Tez-tez verilən suallar
Gömrük hərracı
Gömrüyün idman həyatı
Sosial layihələr
Külli miqdarda dərman vasitələri aşkar edilib
Külli miqdarda dərman vasitələri aşkar edilib
Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində bəyan olunmadan gömrük sərhədindən keçirilməyə cəhd göstərilən külli miqdarda dərman vasitələri aşkar edilib.
İdarənin “Qırmızı Körpü” gömrük postunda Türkiyə Respublikasından ölkə ərazisinə ərzaq məhsulları gətirən yük nəqliyyat vasitəsinə stasionar rentgen qurğusunda baxış keçirilib və yük yerində şübhəli cizgilər müəyyən olunub.
Yük yerinə baxış zamanı 33 ədəd qutudan gömrük orqanına bəyan edilməyən, müxtəlif adda, ümumi sayı 44120 ədəd olan dərman vasitələri aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi
28 Sentyabr 2025 09:01