Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatı
Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatı
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov oktyabrın 3-də saat 10:00-da Naftalan şəhər Heydər Əliyev Mərkəzində (ünvan: Naftalan şəhəri, Heydər Əliyev prospekti 73) Naftalan və Gəncə şəhərləri, Goranboy, Tərtər və Göygöl rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qəbul zamanı Naftalan və Gəncə şəhərləri, Goranboy, Tərtər və Göygöl rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar bu link vasitəsilə (https://c2b.customs.gov.az/vsq_muraciet.aspx) qeydiyyatdan keçə bilərlər.
Əlavə məlumat almaq üçün “195” Çağrı Mərkəzi ilə əlaqə saxlamaq tövsiyə olunur.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi