Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Macarıstanın Milli Vergi və Gömrük Administrasiyasının nümayəndə heyəti ilə görüş keçirilib

Macarıstanın Milli Vergi və Gömrük Administrasiyasının nümayəndə heyəti ilə görüş keçirilib

Dövlət Gömrük Komitəsində ölkəmizdə səfərdə olan Macarıstanın Milli Vergi və Gömrük Administrasiyasının nümayəndə heyəti ilə görüş keçirilib.

Görüş Azərbaycan gömrük xidmətində tətbiq edilən süni intellekt əsaslı risklərin təhlili sistemi, həmçinin informasiya texnologiyalarına əsaslanan həllərlə bağlı əldə edilən qabaqcıl təcrübələrin öyrənilməsi məqsədilə təşkil olunub.

Dövlət Gömrük Komitəsi sədrinin müavini Fuad Məmmədov və Macarıstanın Milli Vergi və Gömrük Administrasiyasının Risklərin Təhlili və Data Elmləri Departamentinin rəisi Attila Mizsanyinin rəhbərlik etdikləri nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə Azərbaycan və Macarıstan arasındakı münasibətlərdən, həmçinin iki ölkənin gömrük orqanlarının səmərəli əməkdaşlığından məmnunluqla bəhs edilib.

Həmçinin risklərin idarə olunması, informasiya texnologiyalarının və süni intellektin tətbiqi sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.

Qeyd edək ki, 3 gün davam edəcək səfər çərçivəsində mövzu ilə bağlı təqdimatlar əsasında məlumat və fikir mübadiləsi aparılacaq.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

29 Sentyabr 2025 18:20
195