Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Xarici iqtisadi fəaliyyət iştirakçıları ilə görüşlər keçirilib

Xarici iqtisadi fəaliyyət iştirakçıları ilə görüşlər keçirilib

Naxçıvan Baş Gömrük İdarəsi, Biləsuvar və Tovuz gömrük idarələrində xarici ticarət iştirakçıları və gömrük təmsilçiləri ilə görüşlər keçirilib.

Görüşlərdə əqli mülkiyyət hüququnun müdafiəsi - pirat və kontrafakt mallar, gömrük hüquqpozmalarının profilaktikası, biznes subyektləri üçün zərərli maddələr və tullantıların qanunsuz ticarəti, qadağa və məhdudiyyətlər, Səlahiyyətli İqtisadi Operator İnstitutları barədə məlumat verilib.

Görüşlərdə biznes nümayəndələri praktiki məsələlərə dair suallar ünvanlayıb, təkliflər səsləndiriblər.

Həmçinin xarici ticarət iştirakçılarının idxal-ixrac əməliyyatları zamanı qarşılaşdıqları məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, onların rəy və təklifləri dinlənilib, sualları cavablandırılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

29 Sentyabr 2025 19:00
195