Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

“Suvenir və oyuncaqlar” adı altında bəyan olunan bağlamalardan oyun diskləri, saç fenləri və kompüter ehtiyat hissələri aşkar edilib

“Suvenir və oyuncaqlar” adı altında bəyan olunan bağlamalardan oyun diskləri, saç fenləri və kompüter ehtiyat hissələri aşkar edilib

Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi gömrük nəzarəti tədbirləri nəticəsində Birləşmiş Ərəb Əmirliklərindən poçtdaşıma şirkəti vasitəsilə müxtəlif fiziki şəxslərin adına gələn bağlamalar üzrə gömrük qanunvericiliyinin pozulması, o cümlədən malların düzgün bəyan edilməməsi faktları aşkar edilib.

“Logistika Mərkəzi” gömrük postunda aparılan gömrük yoxlaması və sənədlərin təhlili zamanı 23 bağlamadan “suvenir və oyuncaqlar” yükü adı altında faktiki olaraq 196 ədəd “PlayStation” oyun diskləri, 72 ədəd “Dyson” markalı saç fenləri və 30 ədəd kompüter ehtiyat hissələri aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.  

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

30 Sentyabr 2025 10:14
195