Xəbərlər
Rəylər
Onlayn təqdimatlar
Büdcə daxilolmaları
Layihələr
Valyuta məzənnələri
Terminlər lüğəti
Hüquq-mühafizə fəaliyyəti
Beynəlxalq əməkdaşlıq
Tez-tez verilən suallar
Gömrük hərracı
Gömrüyün idman həyatı
Sosial layihələr
Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib
Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib
Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi kompleks tədbirlər nəticəsində gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib.
İdarənin “Qırmızı Körpü” gömrük postunda Türkiyə Respublikasından Türkmənistan Respublikasına yük aparan nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerində gömrük nəzarətindən gizlədilmiş qutularda müxtəlif adda, cəmi 46 624 ədəd dərman vasitəsi və həmin dərman vasitələrinə aid boş qutular aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi
1 Oktyabr 2025 16:32