Xəbərlər
Rəylər
Onlayn təqdimatlar
Büdcə daxilolmaları
Layihələr
Valyuta məzənnələri
Terminlər lüğəti
Hüquq-mühafizə fəaliyyəti
Beynəlxalq əməkdaşlıq
Tez-tez verilən suallar
Gömrük hərracı
Gömrüyün idman həyatı
Sosial layihələr
Gömrük nəzarətindən gizlədilən müxtəlif mallar aşkar edildi
Gömrük nəzarətindən gizlədilən müxtəlif mallar aşkar edildi
Xaçmaz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində gömrük nəzarətindən gizlədilən müxtəlif adda mallar aşkar edilib.
Rusiya Federasiyasından gələn nəqliyyat vasitəsinə “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttində gömrük yoxlaması keçirilib.
Yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusundakı ehtiyat təkərlərin içərisindən, gömrük nəzarətindən gizlədilən 1066 ədəd müxtəlif markalı elektron siqaretlər üçün maye, ümumi həcmi 7,1 litr olan müxtəlif markalı spirtli içkilər və digər mallar aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi
2 Oktyabr 2025 11:48