Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

DGK sədri struktur bölmələrdə mövcud vəziyyətlə tanış olub

DGK sədri struktur bölmələrdə mövcud vəziyyətlə tanış olub

Oktyabrın 2-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov Gəncə Gömrük İdarəsi, “Gəncə Beynəlxalq Hava Limanı” gömrük postu və Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” və “Böyük Kəsik” gömrük postlarında mövcud vəziyyətlə tanış olub.

Gömrük nəzarətinin səmərəliliyinin artırılması, sərhədkeçmə və rəsmiləşdirmə proseslərinin asan və sürətli şəkildə həyata keçirilməsi, aparılan yenidənqurma işləri, eləcə də nəqliyyat və yük axınlarının idarəedilməsi, xidmət səviyyəsinin yüksəldilməsi ilə bağlı tapşırıq və tövsiyələr verilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

2 Oktyabr 2025 15:22
195