Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

“Çay” yükünün içərisində 105 kiloqramdan artıq narkotik vasitə aşkar edilib

“Çay” yükünün içərisində 105 kiloqramdan artıq narkotik vasitə aşkar edilib

Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən aparılmış kompleks əməliyyat axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə - marixuana aşkar edilərək qanunsuz dövriyədən çıxarılıb.

Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına “çay” yükü aparan vaqon “Cənub Astara” gömrük postunun “Astara Dəmir Yolu” gömrük keçid məntəqəsində saxlanılıb və əsaslı yoxlamaya cəlb olunub.

Yoxlama zamanı vaqonda olan “çay” yükünün içərisində gömrük nəzarətindən gizlədilən 20 ədəd bağlamada, qablaşdırılmaları ilə birlikdə ümumi təqribi çəkisi 105 kq 800 q narkotik vasitə - marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

7 Oktyabr 2025 10:33
195