Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

“Zəka” müsabiqəsinin qalibləri ilə görüşlər keçirilib

“Zəka” müsabiqəsinin qalibləri ilə görüşlər keçirilib

“Zəka” - gömrük əməkdaşlarının karyera yüksəliş müsabiqəsinin qalibləri ilə növbəti görüşlər keçirilib.

Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Güloğlan Muradlı müsabiqənin əhəmiyyətindən, gömrük əməkdaşlarının karyera yüksəlişindəki rolundan bəhs edib. Həmçinin qaliblərin fəaliyyət istiqamətləri, eləcə də peşəkar təşəbbüsləri ilə bağlı fikir mübadiləsi aparıb, müvafiq tövsiyələr verilib.

Yekunda qalibləri maraqlandıran suallar ətraflı cavablandırılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

22 Oktyabr 2025 16:38
195