Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

“Könüllü gömrükçü" dəstəsinin üzvlərinə sertifikatlar təqdim olunub

“Könüllü gömrükçü" dəstəsinin üzvlərinə sertifikatlar təqdim olunub

Oktyabrın 29-da Dövlət Gömrük Komitəsində fəaliyyət göstərmiş 14-cü “Könüllü gömrükçü” dəstəsinin üzvlərinə sertifikatlar verilib.

Bu məqsədlə təşkil olunan tədbirdə Dövlət Gömrük Komitəsinin sədrinin birinci müavini, gömrük xidməti general-mayoru Bəhruz Quliyev gömrük sistemində könüllülük hərəkatının yaradılması, eləcə də gənclərin potensialından səmərəli istifadə edilməsi istiqamətində görülən işlərdən, ixtisaslı kadrların yetişməsində könüllülük fəaliyyətinin əhəmiyyətindən bəhs edib.

Qeyd olunub ki, Dövlət Gömrük  Komitəsinin müxtəlif strukturlarında fəaliyyət göstərən könüllülərin 3 ay ərzində qazandıqları təcrübə onların karyera inkişaflarında da mühüm rol oynayacaq.

Tədbirin sonunda “Könüllü gömrükçü” dəstəsinin üzvlərinə sertifikatlar təqdim edilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

29 Oktyabr 2025 18:47
195