Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Mərkəzi Asiya Regional İnformasiya və Əlaqələndirmə Mərkəzinin nümayəndə heyəti ilə görüş keçirilib

Mərkəzi Asiya Regional İnformasiya və Əlaqələndirmə Mərkəzinin nümayəndə heyəti ilə görüş keçirilib

Dövlət Gömrük Komitəsində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə üzrə Mərkəzi Asiya Regional İnformasiya və Əlaqələndirmə Mərkəzinin (MARİƏM) nümayəndə heyəti ilə görüş keçirilib.

Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Güloğlan Muradlı və MARİƏM-in direktoru Mahmud Xamidovun rəhbərlik etdikləri nümayəndə heyətləri arasında keçirilən görüş Mərkəzin fəaliyyətinin təkmilləşdirilməsi, Milli Əlaqələndiricilər Şurasının növbəti iclasına hazırlıq, eləcə də qeyri-qanuni transsərhəd narkotik dövriyyəsi ilə mübarizə sahəsində əməkdaşlığın inkişaf perspektivlərinin müzakirəsi məqsədilə təşkil olunub.

Görüşdə Dövlət Gömrük Komitəsi ilə MARİƏM arasındakı münasibətlərdən məmnunluqla bəhs edilib, qabaqcıl təcrübələrin öyrənilərək paylaşılması, əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

14 Noyabr 2025 16:40
195