Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Xarici ticarət iştirakçıları ilə görüş keçirilib

Xarici ticarət iştirakçıları ilə görüş keçirilib

Xaçmaz Gömrük İdarəsinin təşəbbüsü ilə ‘’Xudat’’ gömrük postunda xarici ticarət iştirakçıları ilə görüş keçirilib.

Tədbir zamanı gömrük sistemində tətbiq edilən yeniliklər, “İkipilləli Buraxılış Sistemi”, “İlkin Məlumatlandırmada Daşıyıcıların Qeydiyyatı” və “Rəqəmsal Gömrük Dəyəri” layihələri ilə bağlı ətaflı məlumat verilib, onların əhəmiyyətindən və faydalarından bəhs edilib.

Görüşdə biznes subyektlərini maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılıb, təklif və rəylər dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

20 Noyabr 2025 14:10
195