Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Psixotrop və güclü təsir edən maddələrin olduğu xeyli miqdarda dərman vasitələri aşkar edildi

Psixotrop və güclü təsir edən maddələrin olduğu xeyli miqdarda dərman vasitələri aşkar edildi

Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi kompleks tədbirlər çərçivəsində tərkibində psixotrop və güclü təsir edən maddələrin olduğu xeyli miqdarda dərman vasitəsinin qanunsuz şəkildə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.

Təbriz – Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşlarının əl yüklərinə stasionar rentgen qurğusu vasitəsilə baxış keçirilib və monitorda dərman vasitələrinin təsvirləri müşahidə olunub.

Qanunvericiliyə uyğun olaraq əl yüklərində aparılan gömrük yoxlaması zamanı  8430 ədədinin tərkibində psixotrop və güclü təsir edən maddələr olan 77 qutu  və 15070 həbdən ibarət 33 adda dərman vasitələri aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.  

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

22 Noyabr 2025 08:25
195