Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Dərman vasitələrinin qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb

Dərman vasitələrinin qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb

Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində dərman vasitələrinin qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.

Dehli-Bakı aviareysi ilə gələn iki nəfər xarici ölkə vətəndaşı gömrük yoxlamasına cəlb edilib, hər iki şəxsin baqaj və əl çantalarına baxış zamanı gömrük orqanına bəyan edilməyən, ümumilikdə 72 ədəd onkoloji dərman vasitələri aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

24 Noyabr 2025 11:49
195