Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Dövlət Gömrük Komitəsinin nümayəndə heyəti Estoniyada səfərdədir

Dövlət Gömrük Komitəsinin nümayəndə heyəti Estoniyada səfərdədir

Dövlət Gömrük Komitəsinin nümayəndə heyəti gömrük işi sahəsində qabaqcıl təcrübələrin öyrənilməsi məqsədilə Estoniya Respublikasında səfərdədir.

Səfər zamanı Azərbaycan və Estoniya gömrük xidmətləri arasında risklərin idarə olunması, gömrük rəsmiləşdirilməsi, Səlahiyyətli İqtisadi Operator proqramı, gömrük işində ən son texnoloji həllərin tətbiqi və elektron ticarət üzrə qabaqcıl təcrübələrlə bağlı təqdimatlar nümayiş etdirilib, həmçinin qarşılıqlı maraq doğuran bir sıra mövzular ətrafında müzakirələr aparılıb.

Tədbir çərçivəsində Dövlət Gömrük Komitəsi nümayəndə heyətinin gömrük əməliyyatlarının əyani şəkildə izləmək məqsədilə Estoniyanın azad ticarət zonası - Muuqa limanına səfəri də təşkil ediləcək.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

25 Noyabr 2025 19:34
195