Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Xarici ticarət iştirakçıları ilə görüşlər keçirilib

Xarici ticarət iştirakçıları ilə görüşlər keçirilib

Naxçıvan Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzində xarici ticarət iştirakçıları və gömrük təmsilçiləri ilə növbəti görüş təşkil edilib.

Görüşdə gömrük sistemində tətbiq edilən yeniliklər, qarşılıqlı etimad mühitinin gücləndirilməsi, xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə həyata keçirilən tədbirlər barədə məlumat verilib, “Zərərli maddələr və tullantıların qanunsuz ticarəti” mövzusunda və “ÖZÜNET” layihəsi barədə təqdimat nümayiş etdirilib.

Biləsuvar Gömrük İdarəsində reallaşan görüşdə isə “Gömrük sərhəddindən keçirilməsinə qadağa və məhdudiyyət tədbirləri tətbiq olunan bəzi malların kodlu Siyahısı”ndan ətraflı bəhs edilib.

Tovuz Gömrük İdarəsinin təşəbbüsü ilə Tovuz şəhərində yerləşən Dövlət Aqrar İnkişaf Mərkəzində xarici ticarət iştirakçıları ilə keçirilən görüşdə gömrük sistemində aparılan təkmilləşdirilmələr, rəsmiləşdirilmə və sərhədkeçmə proseslərinin sürətləndirilməsi, rəqəmsallaşmanın genişləndirilməsinə dair məlumat verilib.

Həmçinin Balakən Gömrük İdarəsinin təşəbbüsü ilə də Balakən rayonunda fəaliyyət göstərən “Balxurma” MMC və Zaqatala rayonundakı “Agrarco” MMC- də görüşlər keçirilib. Görüşlərdə gömrük sistemində tətbiq edilən layihələrdən bəhs edilib, eləcə də idxal-ixrac əməliyyatlarının hüquqi əsasları ilə bağlı müzakirələr aparılıb. Daha sonra gömrük əməkdaşları müəssisələrin fəaliyyəti və istehsal prosesi ilə yaxından tanış olublar.

Sonda biznes subyektlərinin rəy və təklifləri dinlənilib, onların sualları ətraflı cavablandırılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

27 Noyabr 2025 17:20
195