Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Rusiya Federal Gömrük Xidmətinin nümayəndə heyəti ilə görüş keçirilib

Rusiya Federal Gömrük Xidmətinin nümayəndə heyəti ilə görüş keçirilib

Dekabrın 11-də Dövlət Gömrük Komitəsində Rusiya Federal Gömrük Xidməti rəhbərinin müavini Aleksey Timofeyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə iki ölkənin gömrük orqanları arasındakı işgüzar əməkdaşlıq münasibətlərinin perspektivləri, eləcə də sərhədkeçmə proseslərinin sürətləndirilməsi, şimal-cənub nəqliyyat dəhlizi boyunca yük axınlarının idarə olunmasına dair məsələlər müzakirə olunub, qarşılıqlı məlumat və təcrübə mübadiləsinin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

11 Dekabr 2025 12:51
195