Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Heydər Əliyevin anım günü ilə əlaqədar gömrük orqanlarında tədbirlər keçirilib

Heydər Əliyevin anım günü ilə əlaqədar gömrük orqanlarında tədbirlər keçirilib

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Dövlət Gömrük Komitəsinin ərazi və ixtisaslaşmış gömrük orqanlarında, tabeli qurumlarında tədbirlər keçirilib.

Dövlət Gömrük Komitəsinin Akademiyasında, Naxçıvan, Aksizli mallar, Dəniz Nəqliyyatı və Enerji Resursları, Hava Nəqliyyatında Baş Gömrük İdarələrində, Xaçmaz, Tovuz, Astara gömrük idarələrində keçirilən tədbirlərdə Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi tarixində əvəzolunmaz rolundan, xilaskarlıq missiyasından, Ulu Öndərin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışının tarixi əhəmiyyətindən bəhs edilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

12 Dekabr 2025 18:47
195