Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Xarici ticarət iştirakçıları ilə görüşlər keçirilib

Xarici ticarət iştirakçıları ilə görüşlər keçirilib

Balakən, Astara və Biləsuvar gömrük idarələrində xarici ticarət iştirakçıları ilə təşkil edilən görüşlərdə gömrük sistemində həyata keçirilən yeniliklərlə bağlı biznes subyektlərinə məlumat verilib.

Həmçinin Dövlət Gömrük Komitəsinin “2025-2030-cu illər üçün İnkişaf Strategiyası”na, “Zərərli maddələr və tullantıların qanunsuz ticarəti” mövzularında təqdimatlar nümayiş etdirilib, “Etibarlı Tərəfdaş Konsepsiyası”nın,  “Rəqəmsal Gömrük Dəyəri” layihəsinin əhəmiyyətindən bəhs edilib.

“Poçt və ekspres daşımalar” gömrük postunda isə xarici ticarət iştirakçıları ilə yanaşı, “Azərpoçt” MMC-nin nümayəndələri, Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın üzvlərinin iştirakı ilə keçirilən görüşdə “2025-2030-cu illər üçün strateji baxış, gömrük-biznes əməkdaşlığının yeni formatlarının və rəqəmsal həllərin gətirdiyi real imkanlar”, həmçinin “Etibarlı Tərəfdaş Konsepsiyası” barədə məlumat verilib.

Yekunda sahibkarları maraqlandıran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb, təklif və rəylər dinlənilib, onların sualları ətraflı cavablandırılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

19 Dekabr 2025 14:36
195