Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrük əməkdaşları arasında təşkil olunan intellektual oyunun final mərhələsi keçirilib

Gömrük əməkdaşları arasında təşkil olunan intellektual oyunun final mərhələsi keçirilib

Dekabrın 19-da gömrük orqanlarının vəzifəli şəxsləri arasında “Azərbaycan Respublikasının Dövlət Suverenliyi” və “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda intellektual yarışının final mərhələsi keçirilib.

Gömrük əməkdaşlarının fərdi inkişafı, məntiqi təfəkkürlərinin nümayiş etdirilməsi və komanda ruhunun möhkəmləndirilməsi məqsədilə təşkil edilən intellektual yarışda Komitə aparatının struktur bölmələri, ərazi və ixtisaslaşmış gömrük orqanlarının əməkdaşlarından ibarət 45 komanda iştirak edib.

Gərgin mübarizə şəraitində davam edən yarışların final mərhələsində 18 komanda iştirak edib.

Dövlət Gömrük Komitəsinin mərkəzi aparatını təmsil edən “6-cı mərtəbə” komandası 1-ci yeri tutaraq yarışın qalibi olub. Astara Gömrük İdarəsinin “A-Stars” komandası və Komitənin mərkəzi aparatını təmsil edən digər komanda “Kvintet” komandaları  müvafiq olaraq 2-ci və 3-cü yerləri bölüşüblər.

Qalib komandalar mükafatlandırılıb və sertifikatlarla təltif olunublar.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

19 Dekabr 2025 21:30
195