Xəbərlər
Rəylər
Onlayn təqdimatlar
Büdcə daxilolmaları
Layihələr
Valyuta məzənnələri
Terminlər lüğəti
Hüquq-mühafizə fəaliyyəti
Beynəlxalq əməkdaşlıq
Tez-tez verilən suallar
Gömrük hərracı
Gömrüyün idman həyatı
Sosial layihələr
Külli miqdarda dərman vasitələri aşkar edildi
Külli miqdarda dərman vasitələri aşkar edildi
Balakən Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində külli miqdarda dərman və tibbi vasitələrin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.
"Mazımqara" gömrük postunda Türkiyə Respublikasından Azərbaycana "günəbaxan yağı" yükü gətirən nəqliyyat vasitəsinə stasionar rentgen qurğusu vasitəsilə baxış keçirilib və monitorda şübhəli təsvirlər müşahidə olunduğundan yükə gömrük yoxlaması tətbiq edilib.
Yoxlama zamanı gömrük orqanına bəyan edilməyən 83 000 ədəd dərman və tibbi vasitələr aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi
21 Dekabr 2025 11:54