Xəbərlər
Rəylər
Onlayn təqdimatlar
Büdcə daxilolmaları
Layihələr
Valyuta məzənnələri
Terminlər lüğəti
Hüquq-mühafizə fəaliyyəti
Beynəlxalq əməkdaşlıq
Tez-tez verilən suallar
Gömrük hərracı
Gömrüyün idman həyatı
Sosial layihələr
Növbəti dəfə xüsusilə külli miqdarda narkotik vasitə aşkar edildi
Növbəti dəfə xüsusilə külli miqdarda narkotik vasitə aşkar edildi
Astara Gömrük İdarəsində 58 kiloqram 610 qram həşiş və 89 kiloqram 705 qram marixuana, ümumilikdə 148 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Narkotik vasitə ölkəmizdən tranzit keçməklə İrandan Rusiyaya “kərəviz və kahı” yükü aparan nəqliyyat vasitəsində aşkarlanıb.
Stasionar rentgen qurğusunda baxış zamanı şübhəli cizgilər müşahidə edildiyindən yük avtomobilinə kinoloji xidmət itinin tətbiqi ilə gömrük yoxlaması həyata keçirilib.
Nəqliyyat vasitəsindəki 2 paletdə gömrük nəzarətindən gizlədilən, xalis təmiz çəkisi 58 kiloqram 610 qram narkotik vasitə - həşiş və 89 kiloqram 705 qram narkotik vasitə - marixuana aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi
26 Dekabr 2025 07:30