Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Naxçıvan Baş Gömrük İdarəsində təlim keçirilib

Naxçıvan Baş Gömrük İdarəsində təlim keçirilib

Effektiv sərhəd nəzarəti tədbirləri vasitəsilə insan alverinin müxtəlif formalarının, təqsirli və zərərçəkmiş şəxslərin müəyyən edilməsi, preventiv hazırlığın gücləndirilməsi məqsədilə Naxçıvan Baş Gömrük İdarəsində təlim keçirilib.

Təlimdə insan alverinin sosial-iqtisadi təhlükə, milli və beynəlxalq təhlükəsizlik üçün risk yaradan transmilli cinayət növü olduğu bildirilib.

Təlimdə Dövlət Gömrük Komitəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Sosial Xidmətlər Agentliyinin  nümayəndələri çıxış edərək insan alverinin əlamətləri, risk qrupuna daxil olan şəxslərin düzgün qiymətləndirilməsi, potensial zərərçəkmişlərlə etik və hüquqa uyğun davranış qaydaları barədə məlumat veriblər.

Sonda təlim iştirakçılarını maraqladıran suallar cavablandırılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

26 Dekabr 2025 19:34
195