Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Səlahiyyətli İqtisadi Operator institutu mövzusunda görüş keçirilib

Səlahiyyətli İqtisadi Operator institutu mövzusunda görüş keçirilib

Dövlət Gömrük Komitəsi və Gürcüstan gömrük xidmətinin əməkdaşları arasında onlayn formatda görüş keçirilib.

Görüşdə Səlahiyyətli İqtisadi Operator (SİO) və gömrük təmsilçiliyi institutu ilə bağlı müzakirələr aparılıb, o cümlədən SİO statusunun əldə edilməsi prosesi, SİO-ların gömrük nəzarəti zamanı əldə etdikləri üstünlüklər, bu sahə üzrə kadrların hazırlanması və digər mövzularla bağlı qabaqcıl, eyni zamanda milli təcrübələrə dair təqdimatlar nümayiş etdirilib. 

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

19 Mart 2026 09:30
195